mobil versiya

XİN-dən İranda itkin düşən azərbaycanlı barədə açıqlama



İranda itkin düşən azərbaycanlı tələbədən hələ də məlumat yoxdur.
Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
"Hazırda bu məsələ araşdırılır. Son durumla bağlı məlumat yoxdur", - deyə o qeyd edib.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.

KARUSEL / SİYASƏT
Tarix: 17-04-2023, 14:57