mobil versiya

XİN: "Fərid Səfərlinin itkin düşməsi ilə bağlı araşdırma davam edir, Təbrizdəki Baş konsulluğa da məlumat verilib"



“İranda Fərid Səfərlinin itkin düşməsi ilə bağlı Təbrizdəki Baş Konsulluğumuza da məlumat verilib”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.
O bildirib ki, araşdırma davam edir:
“Həm Xarici İşlər Nazirliyi, həm də konsulluq bu işlə məşğuldur. Hələ ki, bir yenilik yoxdur”.
Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb. Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib. (Report)

KARUSEL / SİYASƏT
Tarix: 10-03-2023, 12:27