mobil versiya

Azərbaycanda bu şəxsi tapana 10 000 AZN veriləcək - FOTO




Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşının tapılması üçün mükafat təyin olunub.

REPORTYOR.AZ APA-ya istinadla xəbərinə görə, bunu ötən ay Zaqatalada itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin qardaşı Dharan Kondaveeti açıqlayıb. O, qardaşını tapan şəxsə 10 000 manat pul mükafatı verəcəklərini bildirib.

Dharan Kondaveeti qardaşı ilə sonuncu dəfə 12 mayda əlaqə saxladıqlarını, daha sonra onun tək halda meşəyə yollandığını, bir daha ondan məlumat ala bilmədiklərini deyib.

26 yaşlı Dharan Kondaveeti və atası Purna Kondaveeti də Zaqatalaya gəliblər. Artıq onlar axtarışlara qoşulublar. Dharan Kondaveeti yüksək dağlıq ərazidə axtarış qrupları ilə birlikdə axtarışlara qatılıb.

Purna Kondaveetinin Hindistan Xarici İşlər Nazirliyində çalışdığı bildirilir.

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 2-06-2022, 15:51