İran hərbi gəmiləri Xəzər dənizində vurulub

İsrailli rəsmilərin İsrail Hava Qüvvələrinin Xəzər dənizinin liman şəhəri olan Bəndər Ənzəlinin sahillərində İran Hərbi Dəniz Qüvvələrinə aid gəmilərə zərbələr endirməsi barədə açıqlamalarının ardından, İsrail Müdafiə Qüvvələri (IDF) İranın şimalına aviazərbələr endirdiyini təsdiqləyib.
Bu barədə “Times of Israel” xəbər verir.
Hərbi qurumun məlumatına görə, zərbələr Dəniz Kəşfiyyatı Bölməsi və Hərbi Kəşfiyyat İdarəsinin təqdim etdiyi kəşfiyyat məlumatları əsasında İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.
İDF-in bildirdiyinə görə, bu, İsrail ordusunun İranın Xəzər dənizindəki qüvvələrinə ilk zərbəsidir.
Məlumata görə, zərbələrlə bağlı əlavə məlumatlar daha sonra açıqlanacaq. (Trend)
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 19-03-2026, 10:53



























