mobil versiya

Səfirlik: İranın elektrik stansiyalarına hücum müharibə cinayəti və beynəlxalq hüququn aşkar pozulmasıdır




Donald Trampın İranın enerji infrastrukturuna qarşı səsləndirdiyi təhdidlər, bu obyektlərin mahiyyəti və onların genişmiqyaslı humanitar və ekoloji fəsadları nəzərə alınmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və birbaşa "müharibə cinayəti" kim  araşdırılacaq.

Bu, İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin yaydığı məlumatda deyilir. 

Bildirilir ki, ABŞ-ın bu addımı bir daha sübut edir ki, rəsmi Vaşinqton beynəlxalq və insan haqları təşkilatlara ev sahibliyi etməsinə baxmayaraq, beynəlxalq hüquq normalarına heç bir real sadiqlik nümayiş etdirmir. Beynəlxalq birliyin müstəqil subyekti olan bir dövlətin elektrik stansiyaları və həyati əhəmiyyətli infrastrukturuna qarşı yönələn açıq təhdidlər, ABŞ-ın beynəlxalq öhdəliklərə etinasızlığını göstərir. Bu, Vaşinqtonun beynəlxalq hüquq normalarından yalnız öz maraqlarını təmin etmək üçün bir siyasi alət kimi istifadə etdiyinin bariz nümunəsidir.

Cenevrə konvensiyalarına və I Əlavə Protokola əsasən, elektrik stansiyaları toxunulmaz mülki obyektlərdir. Hətta müstəsna hallarda belə (sözügedən obyektlərin hərbi məqsədlər üçün istifadə edildiyi iddiası irəli sürülsə belə) , "fərqləndirmə", "mütənasiblik" və "ehtiyatlılıq" prinsipləri bu obyektlərin hədəf alınmasını qadağan edir.

Bu kontekstdə, I Əlavə Protokolun 56-cı maddəsi təhlükəli qüvvələrə malik obyektləri, xüsusilə də atom elektrik stansiyalarını xüsusi beynəlxalq mühafizə altına alır. Belə strateji mərkəzlərə qarşı hər hansı hərbi müdaxilə, məhdud hərbi hədəflərin hüdudlarını aşaraq, fəlakətli nəticələrə yol aça və kütləvi şəkildə mülki əhalinin həyat və təhlükəsizliyini birbaşa təhdid altına qoya bilər.

Eyni zamanda, elektrik stansiyaları və enerji şəbəkələri kimi kritik mülki infrastruktur obyektlərinin hədəf seçilməsi, dinc əhalinin həyatı, sağlamlığı və rifahı üçün yaratdığı ciddi təhlükələr fonunda beynəlxalq hüquq müstəvisində heç bir halda əsaslandırıla bilməz. Bu, humanitar hüququn fundamental prinsiplərinə zidd olan və qətiyyətlə məhkum edilməli bir addımdır. Odur ki, beynəlxalq birlikdən, məsul qurumlardan və insan haqları iddiaları ilə çıxış edən bütün aktorlardan bu təcavüzkar ritorikaya qarşı mövqe nümayiş etdirmələri, bu təhlükənin qarşısını almaq üçün bütün hüquqi-diplomatik mexanizmləri işə salmaları gözlənilir.

Reportyor.az 

KARUSEL / DÜNYA
Tarix: Dünən, 14:06