mobil versiya

Livan sülhməramlılarına hücumlar müharibə cinayəti ola bilər





"Sülhməramlılara qarşı hər hansı hücum müharibə cinayəti ola bilər".

"Reportyor.az
xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrail tanklarının Livanın cənubundakı sülhməramlı bazanın qapılarını yarmasından sonra sözçüsü Stefan Dujarrik bildirib.

Bu, İsrailin son günlərdə BMT-nin UNIFIL kimi tanınan sülhməramlı missiyasına qarşı hücumları və pozuntuları ilə bağlı son ittiham idi.

"UNIFIL sülhməramlıları bütün mövqelərdə qalır və BMT bayrağı dalğalanmağa davam edir. Baş katib bir daha bildirir ki, UNIFIL personalı və onun binaları heç vaxt hədəfə alınmamalıdır. Sülhməramlılara qarşı hücumlar beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozur. Onlar müharibə cinayəti təşkil edə bilərlər - deyə BMT-nin sözçüsü Stefan Dujarrik bildirib.
KARUSEL / DÜNYA
Tarix: 14-10-2024, 10:51