Müharibə başlayandan İranda 90 mindən çox yaşayış evi məhv edilib

İran Qızıl Aypara Cəmiyyətinin rəsmi bəyanatına əsasən ölkəyə edilən hücumlar nəticəsində İranın mülki infrastrukturuna ağır zərbə dəyib:
İndiyədək 113.570 qeyri-hərbi obyekt, o cümlədən 90.063 yaşayış evi və 22.422 ticarət mərkəzi zərər görüb ki, bunlardan da 44.391-i paytaxt Tehranın payına düşür.
Müharibənin başlanğıcından bəri 307 səhiyyə və təcili yardım mərkəzi ciddi dağıntılara məruz qalıb, ölkə üzrə 760 məktəb birbaşa və ya dolayısı ilə hədəfə alınıb ki, bu da 234 şagirdin şəhid olması ilə nəticələnib; eyni zamanda, əhalinin psixoloji vəziyyətini sabitləşdirmək üçün 130 min nəfər Qızıl Aypara Cəmiyyətinin "4030" qaynar xətti vasitəsilə dəstək və məsləhət xidmətlərindən yararlanıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 31-03-2026, 17:39



























