Bu gündən bu qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanacaq

Bakı-Balakən-Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bildirilib ki, aprelin 1-dən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır.
Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.
Yeni dayanacaqların verilməsindən sonra hərəkət qrafiki də yenilənib: https://ticket.ady.az/az/yeni-hereket-cedveli
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-04-2026, 13:47



























