Əraqçi: "Mülki infrastrukturu hədəf almaq iranlıları heç vaxt təslim olmağa məcbur etməyəcək"

İranın Xarici İşlər Naziri Abbas Əraqçi deyib ki, mülki obyektləri, o cümlədən yarımçıq qalmış körpüləri hədəf almaq iranlıları heç vaxt təslim olmağa məcbur etməyəcək.
"Bu hərəkətlər yalnız çarəsiz qalan düşmənin mənəvi iflasının göstəricisidir. Hər bir körpü və bina daha möhkəm şəkildə yenidən tikiləcək, lakin Amerikanın itirilmiş nüfuzu və etibarı heç vaxt bərpa olunmayacaq."
Eyni zamanda, Əlborz valisinin müavini Kərəcdəki B1 körpüsünə edilən hücum barədə məlumat verərək bildirib: "Bu vəhşi hücum nəticəsində "Təbiət günü" (Sizdə-Bedər) münasibətilə ərazidə olan 8 mülki vətəndaş şəhid olub, 95 nəfər isə yaralanıb."
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 3-04-2026, 16:26



























