mobil versiya

Əraqçi: İran heç vaxt heç bir müharibənin təşəbbüskarı olmayıb





"İslam Respublikası heç vaxt müharibə təşəbbüskarı olmayıb, lakin ölkənin hüdudlarını qorumaq, ərazi bütövlüyünə və milli suverenliyinə qarşı edilən hər hansı vəhşi təcavüzə qətiyyətli cavab vermək üçün bütün gücünü səfərbər edir".

Bunu İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə indoneziyalı həmkarı Sugiono arasında telefon danışığında deyib.

Söhbət zamanı İndoneziya Xarici İşlər naziri İran rəhbərinin şəhadəti ilə bağlı dərin hüznlə başsağlığı verib. O, həmçinin regiondakı kritik təhlükəsizlik vəziyyətindən ciddi narahatlığını ifadə edərək, gərginliyin tezliklə azaldılması və sabitliyin bərqərar olması arzusunu dilə gətirib. 


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: 4-03-2026, 18:21