mobil versiya

Tokayev Pakistanın vasitəçiliyi ilə Yaxın Şərqdə hərtərəfli atəşkəs və barışıq haqqında razılaşmanı alqışlayıb



Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan Silahlı Qüvvələrinin Baş Komandanı Feldmarşal Asim Munirin vasitəçiliyi ilə Yaxın Şərqdə hərtərəfli atəşkəs və barışıq haqqında razılaşmanı alqışlayıb.

Bu razılaşma ABŞ Prezidenti Donald Trampın və İranın ali rəhbərliyinin, eləcə də hərbi münaqişədə iştirak edən bütün ölkələrin xoşməramlılığı və müdrikliyi sayəsində mümkün olub.

Dövlət başçısı qlobal ticarətin inkişafına və bütün ölkələr üçün iqtisadi rifahın təşviq edilməsinə yönəlmiş atəşkəs razılaşmasının uzunmüddətli xarakter daşıyacağına ümid etdiyini bildirib.

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: 8-04-2026, 10:20