Gürcüstanda 500-dən çox üzüm növü sənədləşdirilib

"Gürcüstanda 500-dən çox üzüm növü sənədləşdirilib".
Bunu Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Davit Sonqulaşvili Beynəlxalq Üzüm və Şərab Təşkilatı tərəfindən təşkil edilən beynəlxalq konfransda deyib.
Nazir həmçinin ölkənin unikal üzümçülük irsini vurğulayaraq qeyd edib ki, bu müxtəliflik həm elmi tədqiqatlar, həm də yüksək keyfiyyətli şərabların istehsalı üçün əhəmiyyətli bir mənbədir.
Çıxışı zamanı Sonqulaşvili Gürcüstanda şərabın içki rolundan kənara çıxdığını vurğulayaraq, onu milli kimliyin və gündəlik həyatın ayrılmaz hissəsi kimi təsvir etdi. O, şərab mədəniyyətinin Gürcüstan incəsənətində, ədəbiyyatında, kinosunda, musiqisində və sosial ənənələrində dərin kök saldığını qeyd etdi.
8 mayda Gürcüstan Milli Şərab Gününü qeyd olunacaq.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-04-2026, 16:27



























