mobil versiya

Səudiyyə Ərəbistanı Pakistana 3 milyard dollarlıq dəstək verəcək





Pakistan Maliyyə Nazirliyi Səudiyyə Ərəbistanının Pakistanın valyuta ehtiyatlarını dəstəkləmək üçün əlavə 3 milyard dollarlıq depozit ayıracağını açıqladı.

AFP bu barədə məlumat verib.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, Maliyyə və Gəlir naziri senator Məhəmməd Auranqzebə Səudiyyə Ərəbistanının gələn həftə ödənilməsi gözlənilən 3 milyard dollarlıq depoziti öhdəsinə götürdüyü bildirilib.

Hazırda Beynəlxalq Valyuta Fondunun yaz görüşlərində iştirak edən Auranqzeb əlavə edib ki, mövcud 5 milyard dollarlıq Səudiyyə Ərəbistanı depoziti də qeyri-müəyyən müddətə uzadılacaq.

Bu arada, Pakistanın Xarici İşlər Nazirliyi çərşənbə günü bildirib ki, Baş nazir Şahbaz Şərif 15 apreldən 18 aprelə qədər Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə səfər edəcək.

Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-04-2026, 12:38