mobil versiya

BƏƏ İranla əlaqəli qruplaşmanın terror əməliyyatları planlaşdırdığını bildirib





Dövlət təhlükəsizlik xidməti bildirib ki, Birləşmiş Ərəb Əmirliklərində hakimiyyət orqanları ölkədə rerror aktları planlaşdıran və Əmirlik vətəndaşlarını cəlb etməyə çalışan İranla əlaqəli qrupun üzvlərini həbs edib.

Bu barədə yerli media xəbər verir.

Dövlət təhlükəsizlik xidməti bazar ertəsi günü bildirib ki, "Dövlət Təhlükəsizlik Xidməti terror təşkilatının məhv edildiyini və üzvlərinin həbs olunduğunu elan edib və əlavə edib ki, onlar BƏƏ-də "sistematik terror və təxribat əməliyyatları planlaşdırırlar".

"Araşdırmalar təşkilatın İrandakı Vilayət-e Fəqih (Fəqihin Qəyyumluğu) ilə əlaqələrini ortaya çıxarıb", - deyə əlavə edilib. Həmçinin 27 kişinin şəkillərini və adlarını paylaşıb.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: 20-04-2026, 17:38