Belçikanın xarici işlər naziri: İsrailin Livandakı davranışı tamamilə qəbuledilməzdir

Belçikanın xarici işlər naziri Maksim Prevot bildirib ki, İsrailin Livandakı hərəkətləri tamamilə qəbuledilməzdir.
O, bunu Lüksemburqda Aİ xarici işlər nazirləri ilə görüşdən əvvəl deyib.
"İsrailin davranışı tamamilə qəbuledilməzdir. Əlbəttə ki, İranla həmrəylik nümayiş etdirmək üçün Livanı istəmədiyi müharibəyə sürükləyən Hizbullahın ilkin hücumlarını, eləcə də İsrailin qeyri-mütənasib və ayrı-seçkilik etməyən cavabını qətiyyətlə qınamalıyıq."
O, həmçinin bildirib ki, Belçika AB-nin İsrail ilə Assosiasiya Sazişinin ən azı qismən dayandırılmasını tələb edir və əlavə edib ki, Belçika müxtəlif Avropa ölkələrinin mövqelərini nəzərə alaraq tam dayandırmanın mümkün olmadığının fərqindədir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:41


























