Metro problemi taksi qiymətlərini 3 dəfə artırıb

Bu gün Bakı metropolitenində baş verən texniki nasazlıq digər nəqliyyat vasitələrindən istifadəyə də təsir edib.
Xəbər saytları bildirir ki, hazırda taksi xidmətlərindən istifadə ilə bağlı çətinliklər müşahidə olunur.
Sərnişinlər tətbiqlər vasitəsilə taksi tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Yüksək tələbat səbəbindən bəzi istiqamətlər üzrə taksi qiymətlərinin 3 dəfəyədək artdığı qeyd olunur.
Bundan əlavə, məktəblər və ali təhsil müəssisələrində növbə dəyişikliyi vaxtına təsadüf etməsi nəqliyyatda sıxlığı daha da artırıb.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 15:20


























