mobil versiya

Kamran İmanov: Təəssüf ki, qədim xəstəliyin residivləri bu gün də özünü büruzə verir




Azərbaycanın Ermənistana təklif etdiyi Sülh sazişi ötən il Vaşinqtonda paraflandı və bununla bağlı Azərbaycan dövləti əməli addımlar atır.

Biz ümid edirik ki, bununla hay-erməni mifologiyasını formalaşdıran saxta təsəvvürlər aradan qaldırılacaq. Təəssüflər olsun ki, qədim xəstəliyin residivləri bu gün də özünü büruzə verir.


Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri” mövzusunda konfransda deyib.
Agentliyin rəhbəri bildirib ki, təəssüflər olsun ki, qədim xəstəliyin residivləri bu gün də özünü biruzə verir.
Professor Kamran İmanov xatırladıb ki, 1987-ci ildə Aleksan Akopyanın “Yunan-latın və qədim erməni mənbələrində Albaniya-Aluank” kitabı nəşr edilib. 2022-ci ildə nəşr yenidən işlənib, tarixi saxtakarlığın yeni bir hissəsi ilə tamamlanıb və bu yalançı tarixi əsərin 2-ci nəşri Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi şurası tərəfindən çapa tövsiyə edilmişdi.
“Yeni nəşrdəki düzəliş alban etnik qrupunun mövcudluğunun inkarına bərabərdir, baxmayaraq ki, oxşar saxtakarlıqlar digər hay-erməni müəllifləri tərəfindən dəfələrlə istifadə edilmişdir”, - deyə Kamran İmanov bildirib. (Azərtac)


Reportyor.az 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 12:15