mobil versiya

Emin Əmrullayev: Tarix fənni ilə bağlı metodik yanaşmalar köklü dəyişməlidir



Azərbaycanlı uşaqların müasir olması olduqca vacibdir. Bu nöqteyi-nəzərdən kimya, fizika, riyaziyyat fənninə olduğu kimi, tarixin də tədrisinə xüsusi diqqət yetirmək lazımdır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev aprelin 20-də “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransında söyləyib. Nazir deyib ki, tarix fənni ilə bağlı metodik yanaşmalar köklü dəyişməlidir. Yeni texnologiyalar nəzərə alınmalı, məzmun da şagirdə maraqlı şəkildə çatdırılmaldır. Məzmun uşaqda öyrənməyə həvəs doğurmalıdır.

KARUSEL / CƏMİYYƏT
Tarix: 20-04-2023, 12:17