mobil versiya

Azərbaycan XİN Türkiyəni 23 Aprel münasibətilə təbrik edib





Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib.

XİN bununla bağlı X hesabında paylaşım edib.

Paylaşımda qeyd olunub: 

"Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün uşaqlara bəxş etdiyi bu gün sülhün, dostluğun və gələcəyə ümidin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipi ilə möhkəmlənən qardaşlıq və strateji müttəfiqlik münasibətləri bu kimi dəyərlər üzərində daha da güclənir. Əminik ki, ortaq tariximiz, mədəniyyətimiz və dəyərlərimiz gələcək nəsillərə də eyni birlik və həmrəylik ruhunu aşılayacaq. Bu əziz gündə qardaş Türkiyəyə sülh, rifah və davamlı inkişaf, bütün uşaqlara isə sağlam, xoşbəxt və parlaq gələcək arzulayırıq".


Reportyor.az 


KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 17:08