XİN Türkiyəni təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib.
Reportyor.az xəbər verir ki, XİN bu barədə sosial şəbəkədə paylaşım edib.
"29 oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik.
Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik.
Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə Respublikası, habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq."
KARUSEL / SİYASƏT
Tarix: 29-10-2024, 09:54