BƏƏ regional gərginliklər fonunda vətəndaşlarının İran, Livan və İraqa səyahətini qadağan edib

XİN bildirib ki, BƏƏ vətəndaşlarının İran, Livan və İraqa səyahətini qadağan edib və bu ölkələrdəki vətəndaşlarını dərhal geri qayıtmağa çağırıb.
XİN-in X-dəki paylaşımında deyilir: "Mövcud hadisələri nəzərə alaraq, Xarici İşlər Nazirliyi İran, Livan və İraqa səyahət edən BƏƏ vətəndaşlarının səyahətinə qadağa qoyulduğunu elan edir. Nazirlik hazırda bu ölkələrdə olan bütün BƏƏ vətəndaşlarını BƏƏ-yə dərhal qayıtmalarını sürətləndirməyə çağırır."
Nazirlik həmçinin təlimatlarına və tövsiyələrinə əməl etməyin vacibliyini vurğulayaraq, İran, Livan və İraqdakı BƏƏ vətəndaşlarını təhlükəsizliklərini təmin etmək üçün ehtiyat tədbirləri çərçivəsində +97180044444 nömrəsi ilə nazirliklə əlaqə saxlamağa çağırıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:39


























