WUF13 keçiriləcək ərazilərdə rabitə və İT infrastrukturu gücləndirilib

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində keçiriləcək ərazilərdə dayanıqlı və keyfiyyətli rabitə xidmətlərinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən zəruri təşkilati və texniki tədbirlər həyata keçirilib.
Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, mobil rabitə şəbəkəsində keyfiyyətin təmini məqsədilə operatorların ehtiyacları müəyyən olunub. Tədbir müddətində istifadə üçün əlavə radiotezlik resursları ayrılıb.
“Həmçinin məkanlarında mobil telekommunikasiya şəbəkəsinin tutumunun artırılması, ictimai Wi-Fi xidmətlərinin dayanıqlığının təmin edilməsi, kibertəhlükəsizlik istiqamətlərində müvafiq işlər görülüb”, - deyə məlumatda qeyd olunub.
Nazirlikdən bildirilib ki, iştirakçıların tədbirə gətirəcəyi radioelektron vasitələrə icazələrin verilməsi və tezlik resurslarının ayrılması üçün xüsusi elektron portal - “wuf13-e-permission.icta.az” istifadəyə verilib.
Portal vasitəsilə tədbirdə istifadə ediləcək müxtəlif tezliklərdə çalışan bütün radioavadanlıqlar qeydiyyatdan keçirilir, müvafiq tezlik resursları ayrılır və avadanlıqlar etiketlənir. (Azərtac)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:20


























