İlham Əliyevlə Emmanuel Makron telefonla danışıb

Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Prezidentin X sosial media hesabında paylaşım edilib.
Paylaşımda deyilir: “Bu gün Prezident Emmanuel Makrondan (@EmmanuelMacron) telefon zəngi aldım. Telefon danışığı zamanı Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi apardıq.
Biz, həmçinin regional və qlobal prosesləri müzakirə etdik”.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 14:21


























