Norveç Talibanı beynəlxalq insan hüquqları öhdəliklərinə yerinə yetirməyə çağırır

Norveç Talibanın Əfqanıstanın beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməli və qadınlara və qızlara qarşı ayrı-seçkiliyə son qoymalı olduğunu bildirir.
Norveçin Əfqanıstan üzrə diplomatik nümayəndəliyi, Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyasının Talibanın uşaq nikahı fərmanı ilə bağlı narahatlıqlarını təkrarlayaraq, uşaq hüquqlarının qorunmasının vacibliyini vurğuladı.
Cümə günü X-də dərc edilən açıqlamada Norveçin Əfqanıstan üzrə diplomatik nümayəndəliyi uşaq hüquqlarının qorunmasını və bütün əfqanlar üçün ədalətin və bərabər hüquqların təmin edilməsinin vacibliyini vurğuladı.
Bundan əvvəl UNAMA Talibanın nikahın ayrılması ilə bağlı yeni təsdiq edilmiş qaydaları ilə bağlı narahatlığını ifadə edərək, fərmanın 18-ci maddəsinin Əfqan qadın və qızlarının hüquqlarını tədricən pozan daha geniş və dərin narahatlıq doğuran bir tendensiyanın bir hissəsini təşkil etdiyini bildirdi.
Norveç, qrup 2021-ci ilin avqustunda hakimiyyətə qayıtdıqdan sonra Talibanla əlaqə kanallarını saxlayan ilk Qərb ölkələrindən biri idi.
Talibanın Qərb qüvvələri və Əfqanıstanın keçmiş hökuməti ilə döyüşdüyü illərdə Norveç Osloda Taliban və onların siyasi rəqibləri arasında bir neçə birbaşa danışıqlara ev sahibliyi etdi.
Norveç həmçinin Taliban diplomatlarını öz ərazisində qəbul edib, baxmayaraq ki, qrupu rəsmi olaraq Əfqanıstanın qanuni hökuməti kimi tanımayıb.
Bu siyasət, qrupa tam siyasi legitimlik vermədən, humanitar məqsədlərə çatmaq və Əfqan miqrasiyasını idarə etmək üçün Talibanla şərti və praktiki əməkdaşlıq etməyə çalışan bir çox Qərb ölkəsi tərəfindən qəbul edilən daha geniş yanaşmanı əks etdirir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:25


























