mobil versiya

Fələstin Dövlətinin səfiri Azərbaycan xalqını təbrik edib



Fələstin Dövlətinin Azərbaycandakı səfiri Dr. Ahmed Metani Qurban bayramı münasibəti Azərbaycan xalqını təbrik edib.


Təbrikdə deyilir:

"Müqəddəs Qurban bayramı münasibəti ilə qardaş Azərbaycan Respublikası xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır və inanıram ki, bu müqəddəs bayram hər kəsə xeyir, sülh və rifah, həmçinin özü ilə daha böyük təhlükəsizlik, sabitlik və tərəqqi
gətirəcəkdir.
Bu müqəddəs günün sevincini sizinlə bölüşərkən, Fələstin və Azərbaycan xalqlarını birləşdirən dərin dostluq və qarşılıqlı hörmət bağlarına dəyər verir,
səxavətli Azərbaycan xalqına davamlı rifah və firavanlıq arzulayıram.

Qurban bayramınız mübarək".


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: 25-05-2026, 12:25