mobil versiya

Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərin nəzərinə - Qatara minik üçün biletlə yanaşı bunlar da mütləqdir



 "Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərin nəzərinə çatdırır ki, qatara minik üçün biletlə yanaşı bəzi sənədlərin təqdim olunması mütləqdir:

Bunlar aşağıdakılardır:

- Pasportun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil)
- Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq səyahət sığortası
- 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet
- Bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi.

Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın.

Qeyd edək ki, bu Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək.


Reportyor.az 





KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 16:19