Azərbaycanda ödəniş kartlarının sayı aprel ayında artıb

Aprel ayının sonuna olan məlumata görə, bankların və “Azərpoçt” MMC-nin sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 108 min ədəd artaraq 22 milyon 518 min karta çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 9 faiz artıb.
"Ödəniş kartlarında debet kartlarının sayı 11% artmış, kredit kartlarının sayı isə 11% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb .
2026-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,094 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,969 mln. manatı elektron ticarətin payına düşür", -deyə bankdan bildirilir.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:49


























