mobil versiya

Dövriyyədəki ödəniş kartlarının sayı 18,5 milyon ədədə çatıb



Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 227 min ədəd artaraq 18 milyon 567 min ədəd təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19.6 faiz, kredit kartları üzrə 10,9 faiz təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb.
Cari ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,812 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,738 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,069 milyon manatı POS-terminallar, 4,1 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63,1 faizini təşkil edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-09-2024, 10:54