mobil versiya

Ötən il bank kartlarının sayı 16,6 milyon ədəd olub



Ötən il bank kartlarının sayı 23 faiz artaraq 16,6 milyon ədəd olub.
Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev “Azərbaycan Maliyyə Forumu: Nailiyyətlər və Çağırışlar” forumunda deyib.
O bildirib ki, bu artımın böyük bir hissəsi təmassız kartların hesabına baş verib.
“Son 12 ayda kartların sayında 3,1 milyon ədəd artım qeydə alınıb və bu kartların 95,4 faizi təmassız kartların payına düşüb. Ötən ilin on bir ayında ölkə daxilində ödəniş kartları ilə həyata keçirilən əməliyyatların 55,2 faizi nağdsız əməliyyatlardır. Kartlarla edilən nağdsız əməliyyatların həcmi ötən il 2 dəfədən çox artıb”, - deyə Zakir Nuriyev əlavə edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 9-01-2024, 10:51