mobil versiya

2026-cı ilin yanvar-aprel aylarında ölkədən 259,01 ton çay ixrac edilib



2026-cı ilin yanvar-aprel aylarında ölkədən 259,01 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz çoxdur.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən çayın dəyəri 12,1 faiz artaraq 2 milyon 213,08 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında isə Azərbaycandan 1 milyon 973,86 min dollar dəyərində yəni, 224,29 ton çay ixrac edilib.

Reportyor.az 





KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:45