Azərbaycanın U-21 millisi Pakistanla yoldaşlıq görüşü keçirəcək

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
AFFA xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
İyunun 9-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.
Qeyd edək ki, U-20-nin Qəbələdəki toplanışı iyunun 10-da başa çatacaq.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 3-06-2026, 14:09



























