mobil versiya

Azərbaycanın U-21 millisi bu gün Slovakiya ilə yoldaşlıq görüşü keçirəcək


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Yığma səfərdə slovakiyalı həmyaşıdları ilə üz-üzə gələcək.
Bratislavadakı Senec Məşq Mərkəzindəki matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.


KARUSEL / İDMAN
Tarix: 7-06-2024, 10:20