Bu gün millimiz İordaniya yığması ilə yoldaşlıq oyunu keçirəcək

Canni De Byazinin baş məşqçi olduğu kollektiv İordaniya yığması ilə qarşılaşacaq. “Dalğa Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq. Matçı türkiyəli FIFA referisi Arda Kardeşler idarə edəcək.
Daha əvvəl iki dəfə Asiya təmsilçisi ilə üz-üzə gələn millimiz bu oyunların heç birində uduzmayıb - bir heç-heçə, bir qələbə.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsində Bakıda Belçika yığmasına 0:1 hesabı ilə məğlub olub.
Yoldaşlıq oyunu
12 sentyabr
20:00. Azərbaycan – İordaniya
Baş hakim: Arda Kardeşler (Türkiyə)
Bakı, “Dalğa Arena”
KARUSEL / İDMAN
Tarix: 12-09-2023, 10:23