mobil versiya

TƏBİB-də İsrailin Soroka Universiteti Tibb Mərkəzinin nümayəndələri ilə görüş keçirilib




TƏBİB-in İcraçı direktoru Anar Bayramov ilə İsrailin Soroka Universiteti Tibb Mərkəzinin Uşaq Neyrocərrahiyyəsi şöbəsinin rəhbəri Mikki Gideon arasında keçirilən görüşdə səhiyyə sahəsində mövcud əməkdaşlığın vəziyyəti, birgə həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı İsrailin pediatriya, uşaq neyrocərrahiyyəsi və tibbi təhsil sahələrində əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunub, Azərbaycanın bu təcrübədən faydalanmasının vacibliyi vurğulanıb. Bununla yanaşı, ölkəmizdə təşkil olunan ixtisaslaşmış müayinə və konsultasiya kampaniyaları, yerli tibb mütəxəssisləri üçün keçirilən təlim proqramları, eləcə də peşəkar təcrübə mübadiləsinin inkişafına göstərilən dəstək yüksək qiymətləndirilib.



Tərəflər səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin inkişafı, rəqəmsal səhiyyə həllərinin tətbiqi, ictimai səhiyyə sahəsində institusional potensialın gücləndirilməsi, eləcə də hər iki ölkənin səhiyyə sistemləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.


Görüş çərçivəsində gələcək dövrdə prioritet istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, tibb işçiləri üçün təlim, seminar, ixtisasartırma və klinik təcrübə proqramlarının genişləndirilməsi, telemedisin də daxil olmaqla müasir rəqəmsal səhiyyə həllərinin tətbiqi, innovasiya və tədqiqat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də təcili tibbi yardım sahələrində birgə fəaliyyət imkanları müzakirə olunub.


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:10