Hikmət Hacıyev Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın ölkəmizdəki səfiri Qasim Mohiuddin ilə görüşüb.
Bu barədə səfir "X" platformasında xəbər paylaşıb.
Paylaşımda deyilir:
"Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşdüm. Qardaş Azərbaycanı WUF13, 31-ci Bakı Enerji Forumu (BEF) və 2026-cı il Ümumdünya Ətraf Mühit Gününə uğurla ev sahibliyi etməsi münasibətilə təbrik etdim. Qardaşlıq əlaqələrimizi daha da genişləndirmək üçün birlikdə hərəkət etməyə davam edirik".
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 8-06-2026, 14:48



























