Ölkədə epidemioloji vəziyyət sabitdir və nəzarət altında saxlanılır

Ötən il və cari il ərzində respublikada epidemioloji sabitliyin qorunması məqsədilə yoluxucu xəstəliklərə qarşı epidemioloji nəzarət və immunizasiya tədbirləri davam etdirilib.
Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yoluxucu xəstəliklər üzrə epidemioloji müşahidələr aparılıb, vəziyyət mütəmadi təhlil olunub və risklərin vaxtında qiymətləndirilməsi təmin edilib. Xəstəliklərin erkən aşkarlanması, yayılmasının qarşısının alınması, əhalinin peyvəndlə əhatə səviyyəsinin artırılması və laborator nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Görülən kompleks tədbirlər nəticəsində ölkədə epidemioloji vəziyyət sabit olaraq qalır və nəzarət altında saxlanılır.(Azərtac)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:36


























