mobil versiya

Terri Qana millisini tənqid edib



Sabiq futbolçu Con Terri, Qana millisinin dünya çempionatının qrup mərhələsində İngiltərə yığması ilə oyununu (0:0) dəyərləndirib.

Qana millisi görüşdə əsasən müdafiəyə üstünlük verib. Komanda topa cəmi 21 faiz sahib olub və rəqib qapısına yalnız iki zərbə endirib.

İngiltərəli sabiq müdafiəçi bunu deyib:
“Düşünürəm ki, Qana millisi yaxşı komandadır, ona görə də, dərin oturub aşağı blokla müdafiə olunmağa ehtiyac yoxdur. İstədiyiniz zaman belə oynaya bilməzsiz. Daha cəsarətli futbol üslubunda oynamaq üçün kifayət qədər oyunçunuz var”.
Qrupda iki turdan sonra həm İngiltərə millisinin, həm də Qana yığmasının 4 xalı var. (Komanda.az)

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:21