mobil versiya

Son 6 ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib




Yanvar-iyun aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 20 milyard 792,2 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 2,6 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövrü ərzində qaz nəqlinin 55 faizi (11 milyard 442,2 milyon kubmetr) Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Reportyor.az 
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:46