"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb

Bakıda ölümlə nəticələnən avtoqəza törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb.
Bu barədə Bakı Apelyasiya Məhkəməsində qərar verilib.
Vəkillər müvəkilli İlduzə Hacıyevanın ev dustaqlığına buraxılması barədə vəsatət verib.
Vəsatət təmin edilib.
Növbəti proses 31 iyulda baş tutacaq.
Qeyd edək ki, İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.
Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib. (Trend)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:00

























