Tramp İnfantinonu BMT-nin baş katibi etmək istəyir

ABŞ Prezidenti Donald Tramp FİFA-nın rəhbəri Canni İnfantinonu BMT-nin baş katibi vəzifəsinə namizəd göstərmək niyyətindədir.
“The New York Post” xəbər verir ki, Tramp ABŞ-də keçirilən futbol üzrə dünya çempionatı zamanı İnfantino ilə yaxın münasibət qurub və onun insanları bir araya gətirmək bacarığını yüksək qiymətləndirib.
O, İnfantinonun 2027-ci ilin əvvəlindən bu vəzifəyə başlamasını istəyir. Bunun üçün BMT Təhlükəsizlik Şurasının 15 üzvündən azı 9-nun dəstəyi tələb olunur. Daimi üzvlərdən hansısa birinin veto hüququ isə namizədliyin təsdiqlənməsinə mane ola bilər.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:41


























