mobil versiya

DİM xarici dil üzrə yeni imtahan modeli ilə bağlı metodik tövsiyələri açıqlayıb



Dövlət İmtahan Mərkəzi (DİM) xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq yeni imtahan modeli ilə bağlı metodik tövsiyələri müəllim və şagirdlərin istifadəsinə verib.

DİM-dən bildirilib ki, Mərkəzin təşəbbüsü, Elm və Təhsil Nazirliyi və regional təhsil idarələrinin dəstəyi ilə 2026-cı ilin aprel-iyun aylarında paytaxt və regionlarda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin xarici dil müəllimləri üçün seminarlar keçirilib. Seminarlarda 2027-ci ildən tətbiq ediləcək imtahan modeli və nəzərdə tutulan dəyişikliklər barədə məlumat verilib, müəllimlərə müvafiq metodik tövsiyələr təqdim olunub.

Seminarlar zamanı istifadə edilən təqdimat materialları artıq elektron formada əlçatan edilib. Həmin resurslardan həm müəllimlər, həm də şagirdlər yararlana bilərlər.

Bildirilib ki, yeni imtahan modeli üzrə xarici dil fənnindən ümumilikdə 26 tapşırıq təqdim olunacaq. Bunlardan 25-i qapalı, 1-i isə yazılı tapşırıq olacaq. İmtahan modelinə 1 dinləmə mətni və ona aid 4 qapalı tipli test tapşırığı, 2 oxu mətni və mətnlər üzrə ümumilikdə 8 qapalı tipli test tapşırığı daxil edilib. Bundan əlavə, qrammatik və leksik bilikləri yoxlayan 13 qapalı tipli test tapşırığı, eləcə də verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək fikirlərin ifadə olunmasını tələb edən yazılı tapşırıq nəzərdə tutulub. (Azərtac)

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:25