mobil versiya

9-cu sinif buraxılış imtahanında yeni imtahan modeli tətbiq ediləcək



2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək.


Reportyor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində yeni imtahan modeli aprobasiyadan keçirilmiş, modelə dair tapşırıq nümunələri Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə nəşr olunmuş ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında (ingilis dili fənnindən) verilib.
Yeni imtahan modelinə dair ingilis dili fənnindən tapşırıq nümunələri, dinləmə mətni və şəkil üzrə tapşırığın (26 saylı) qiymətləndirmə meyarları ilə (Azərbaycan və rus dillərində) DİM-in saytında tanış olmaq mümkündür.
Proqram, imtahanda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 3-10-2024, 16:11