mobil versiya

Pakistan İslam Respublikasının nümayəndələri Azərbaycana gəlib



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının federal təhsil və peşə hazırlığı dövlət naziri Vaciha Qəmər ilə görüş olub.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Nazir müavini Hidayət Abullayev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın sosial sahədə də əlaqələrin genişlənməsinə imkan yaratdığını diqqətə çatdırıb.

Görüşdə əmək miqrasiyası, məşğulluq, peşə hazırlığı və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

 
Nazirliklər arasında peşə hazırlığı sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

 
Vaciha Qəmər peşə hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin inkişafı üçün geniş potensialın olduğunu, bu sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


Reportyor.az 


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:49