Səudiyyə Ərəbistanı İraqda dronlardan istifadə edərək həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi bəyanat yayaraq İranın dəstəklədiyi milislərin İraqda dronlardan istifadə edərək həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib.
Nazirlik Səudiyyə Ərəbistanının təhlükəsizliyini və suverenliyini qorumaq, təcavüzün qarşısını almaq və hücumların mənbələrinə cavab vermək əzmini bir daha təsdiqləyib.
O, həmçinin İraq hökumətini İraq ərazisinin Krallığa qarşı hücumlar üçün start meydançası kimi istifadə edilməməsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə çağırıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 18:03


























