ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis Azərbaycana gəlib

İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis Azərbaycana gəlib.
Xarici işlər naziri Ceyhun Bayramov İqnatsio Kassisi
qarşılayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və İsveçrə arasında ikitərəfli gündəlik, regional və beynəlxalq proseslər, eləcə də ATƏT çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 11:40


























