mobil versiya

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6125-ə çatıb




Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) spikeri Xorxe Rodrigezin Telegram kanalında dərc olunmuş həftəlik bülletenə görə 6125 nəfərə çatıb.

Həftəlik bülletenə görə, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib, 60992 nəfər tibb müəssisələrində müalicə alıb, 287 ev evsiz qalanlara qaytarılıb, 43679 əmlak yoxlanılıb və qiymətləndirilib ki, bunlardan 41624-ü zərər görüb.

Zəlzələ 24 iyun axşamı Venesuelada baş verib. Təxminən 40 saniyə aralıda 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Yaracuy ştatında 10 kilometr aralıda yerləşib. Zəlzələdən sonra 1500-dən çox afterşok qeydə alınıb.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:39