mobil versiya

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb



Avqustun 8-i və 9-u ölkə ərazisində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O deyib ki, qeyd edilən günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 31-36 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə də növbəti 2 gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin dağlıq ərazilərdə qısa müddətdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq. (Azərtac)


Reportyor.az 



KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 16:17