Əfqanıstan Qaz Şirkəti və Türkmənqaz arasında TAPI qazının alınması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Əfqanıstan Baş nazirin İqtisadi Məsələlər üzrə Müavininin Ofisi Herat əyalətinin Torqundi şəhərində dövlətə məxsus Əfqanıstan Qaz Şirkəti və Türkmənistanın Türkmənqaz Şirkəti arasında Baş nazirin iqtisadi məsələlər üzrə müavini Molla Əbdül Qəni Bəradar və Türkmənistanın ümummilli lideri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə TAPI layihəsi çərçivəsində qazın alınması ilə bağlı anlaşma memorandumunun (ANM) imzalandığını açıqlayıb.
Baş nazirin müavininin ofisindən verilən məlumata görə, Anlaşma Memorandumu qazın qiymətini, tələb olunan qaz həcmini və qazın paylanması prosesini müəyyən edəcək.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:25

























