mobil versiya

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb




Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb.

Artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir.
Konfranslarda rayon təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qiymətləndirilir, YAP-ın VIII Qurultayına nümayəndələr seçilir.

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır.
YAP-ın VII qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti - VIII Qurultay bu il keçirilməlidir.
YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək. (Apa)


Reportyor.az 



KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 12:05