mobil versiya

“Sabah”da braziliyalı hücumçu – Rəsmi



“Sabah” heyətinə daha bir futbolçu qatıb.

Bu barədə klub məlumat yayıb.
Braziliyalı hücumçu Karlos Eduardo Portuqaliyanın “Jil Visente” klubundan 1 illik icarəyə götürülüb.
İcarə müqaviləsində “Sabah”ın 24 yaşlı oyunçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.
O, karyerası ərzində Braziliyanın “Bruske” (2020), Portuqaliyanın “Nasional” (U-19, 2020–2021), “Maritimu”nun B və əsas komandalarında (2021–2024), həmçinin “Felqeyraş”da (2024–2025) çıxış edib.


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:18